29 Sentyabr 2023 13:35
353
GÜNDƏM

Politoloq: “Azərbaycan tərəfi hər hansı bir etnik təmizləmə həyata keçirmir...”

“Qarabağdan ermənilərin könüllü şəkildə köçməsinin sayını Ermənistan tərəfi 70 minə qaldırır. Ermənistan baş naziri Nikol Paşinyan bunu etnik təmizləmə kimi qələmə verir və Azərbaycana qarşı beynəlxalq hüquqi prosesdurların başladılmasıyla bağlı açıqlamalar verirlər”

Bunu Adalet.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq daha sonra bunları əlavə edib:

“Göründüyü kimi Azərbaycan tərəfi hər hansı bir etnik təmizləmə həyata keçirmir. Azərbaycan xarici işlər naziri, dövləti bir neçə dəfə ermənilərə müraciət edərək bildirdi ki, Qarabağda yaşaya bilərsiniz, təhlükəsizliyinizin və hüquqlarının qorunması istiqamətində bütün lazımı tədbirlər həyata keçiriləcək. Amma buna baxmayaraq Ermənistan tərəfi bu əraziləri tərk edir. Ermənistan tərəfi də bu məsələləri sülh prosesinə salmaqla Azərbaycana qarşı müəyyən təzyiq kimi istifadə edə bilər. Ermənistanın Qarabağdan 70-80 min erməninin köçdüyünü bildirməsi manimpulyasiyadır, heç bir reallığı əks etdirmir”-deyə politoloq bildirib. 

Vasif Əlihüseyn