adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Aprel 2024 09:42
385
DÜNYA

"Polşa ərazisində nüvə silahı yerləşdirilməsinə razılıq verib"

Polşanın prezidenti Anjey Duda bəyan edib ki, amerikan tərəfi  birbaşa ondan ölkə ərazisində nüvə silahı yerləşdirilməsinə razı olub-olmamasını soruşub, o da, təsdiq edib ki, razıdır.

 Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Polşa prezidentinin dediklərini şərh edərkən bildirib ki, Dudanın bəyənatı həm ABŞ-ı, həm də Avropa İttifaqını təşvişə salıb. Peskovun sözlərinə görə, ABŞ və bəzi Avropa dövlətləri deyəsən daha əvvəl belə bir planlarının  olmadığını bəyan etməkdə tələsiblər.

 Rusiya prezidentinin sözçüsü, bəyan edib ki, Polşa "arabanın qarşısında" hərəkət etməyə cəhd edir.  Peskov daha sonra qeyd edib ki, avropalı siyasilər "Rusiya təhlükəsi" ilə əhalini qorxuya salmaqla, daxili problemlərini ört-basdır etmək niyyətindədirlər. Lakin onlar bununla onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirməyə çalışırlar.Polşanın xarici işlər naziri Radoslav Sikorsi isə, nüvə silahı ilə bağlı prezidentin verdiyi bəyənatı tənqid edib, XİN rəhbəri nin sözlərinə görə, Polşa liderinin ölkə ərazisində nüvə silahının yerləşdirilməsi məsələsinin mümkünlüyünü müzakirə etmək səlahiyyətləri yoxdur.  Sikorski qeyd edib ki, bu barədə Dudaya xəbərdarlıq edilib.

  "Polşa prezidenti yalnız Nazirlər Sovetinin formalaşdırdığı xarici siyasəti həyəta keçirə bilər. Polşa hökuməti isə Dudaya belə bir səlahiyyətlə  çıxış etməyə razılıq verməyub"- deyə Sikorski bildirib.

  Rüstəm Hacıyev