Prezident Axar-Baxar və İlisu milli parkları ilə bağlı fərman verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Adalet.az xəbər verir ki, sənədə əsasən, Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Milli parkların yaradılmasının məqsədləri təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq, turizm və rekreasiya üçün şərait yaratmaq, təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək, əhalini ekoloji cəhətdən maarifləndirmək, ekoloji monitorinqi həyata keçirmək, eyni zamanda, zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etməkdir.
Digər Xəbərlər
08 Sentyabr 2026 11:14
Sakinləri hər gün kabab tüstüsünə tutan "Valentino" restoranından şikayət - VİDEO
08 Sentyabr 2026 07:39
“Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - VİDEO
07 Sentyabr 2026 13:44
“Qala Qəbələ”də nöqsanlar aşkarlandı - VİDEO
07 Sentyabr 2026 12:12


Bakı -°C

