Prezident Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşdü
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub.
Adalet.az xəbər verir ki, Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlətimizin başçısı ilə görüşlərini böyük məmnunluqla xatırladı. O, Prezident İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə bir daha təbrik etdi.
Prezident İlham Əliyev təbrikə və yüksək mükafata görə minnətdarlığını bildirərək, Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirdi.
Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi, həmçinin Roma Papası XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.
Digər Xəbərlər
18 Fevral 2026 13:49
Vardanyanı həbs etməsəydik, Paşinyanı devirmək üçün... – Politoloq
18 Fevral 2026 12:28
TÜRKPA ATƏT Nazirlər Şurasının toplantısında iştirak edə bilər
18 Fevral 2026 11:53
Siyasi etimad və əməkdaşlıq
18 Fevral 2026 11:44
Tramp yenidən Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir – Politoloq
18 Fevral 2026 11:29
İlham Əliyev qambiyalı həmkarını təbrik etdi
18 Fevral 2026 10:26
“Ruben bundan sonrakı ömrünü Azərbaycan həbsxanasında başa vurmalı olacaq”
17 Fevral 2026 15:28
Deputatlar 10 məsələnin müzakirəsinə toplaşacaqlar
17 Fevral 2026 15:14


Bakı -°C

