adalet.az header logo
  • Bakı -°C
13 Yanvar 2026 12:04
50
ANALİZ
A- A+

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi - ölkəmizin elmi nüfuzu

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir.  Cənab İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən lider kimi dövlətimizin inkişafı, mənəvi dəyərlərimizi qorunması, xalqın güzəranının yaxşılaşması istiqamətində səylə çalışır.

Dünya mediasının diqqət mərkəzində olan möhtərəm prezident İlham Əliyevin  müsahibələri  ənənəvi xarakter daşıyır.

Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə yekunları ilə bağlı məlumat verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci il tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu.

Bu tarixi müsahibə, Prezident İlham Əliyevin dünyaya təqdim etdiyi sabitlik mesajıdır. Azərbaycanın bütün sahələrdə qazandığı uğurların göstəricisi oldu . Bu gün dünyada güc amili var. Prezident İlham Əliyevin güclü diplomatik təcrübəsi, idarəetmə və liderlik təcrübəsi Azərbaycanın inkişafında, iqtisadiyyatın güclənməsində, ordu quruculuğunda, neft strategiyalarının həyata keçirilməsində böyük rol oynamışdır. Cənab Prezident İlham Əliyev də güc faktoru haqqında qeyd etdi: "Güclüsənsə, haqlısan" məntiqi işləyir. Ona görə biz gücümüzü artırırıq, o cümlədən hərbi gücümüzü. Ordu quruculuğu məsələsində səsləndirilən fikirlər dövlətimizin hərbi qüdrətinin zirvəsini göstərir. Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var. 

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın gələcək strateji hədəflərini, inkişaf yolunu müəyyən edir. Bu gün ölkəmizin inkişafında və dünya səviyyəsində tanınmasına sə¬bəb olan təcrübəli diplomat, Prezident İlham Əliyev məhz gənc yaşlarında yiyələndiyi diplomatiyanın bütün sirlərindən məharətlə istifadə edən siyasi xadim beynəlxalq arenada Azərbaycanın maraq və mənafelərini qorumuşdur.  Prezident İlham Əliyevin xarici siyasətimizin uğurları haqqında sadalamışdır: “Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Digər tərəfdən, biz D-8 təşkilatına üzv olduq. Bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Xankəndidə keçirilən ECO Zirvə Görüşü. Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. 

Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin əsas hissəsini güclü dövlət təşkil edir. Ali Baş Komandanımız qeyd edir: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın enerji siyasətinin təkcə bu günü deyil, gələcək inkişafını göstərir. Günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrik avtobuslarının yığılmasına başlanılıb. Bununla bağlı deməliyəm ki, bu, Azərbaycan tərəfinin strateji qərarı olub, çünki biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik.

Prezident müsahibədə daxili və xarici siyasətin əsas istiqamətləri ilə yanaşı, enerji sektorunda həyata keçirilən islahatlara toxunaraq bildirdi. Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolumuz yalnız artacaq, azalmayacaq, artacaq. Elektrik enerjisini, yaşıl enerjini, hidrogeni, eləcə də yaşıl hidrogeni əlavə etsək, rolumuz daha da böyük olacaq. 
Bizim ən böyük sərvətimiz dilimiz yaşayıb və zənginlə¬şməsi ilə bağlı. Prezidentin sözləri diqqəti cəlb edir: “Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə. “Elm heç kəsin istəyindən və iradəsindən asılı olmayan gerçəkliyi aşkar və sübut edir.Hər bir dövlətin keçdiyi inkişaf yolunu, siyasi-ictimai, elmi-mədəni fəaliyyətini müəyyən edən milli inkişaf sistemi və bu sistemin qurulması üçün görüləcək işlərin xarakterini və ardıcıllığını müəyyən edən milli inkişaf strategiyası vardır. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyasının araşdırılması elmi-praktik baxımdan zəruridir. Bu müsahibə bir daha göstərdi ki, dövlətimizin strateji inkişaf xəttinin mərkəzində insan kapitalı, dayanır. Prezident İlham Əliyevin qətiyyətlə vurğuladığı kimi, inkişaf etmiş ölkələrin uğurunun əsasında elm və təhsil dayanır. Prezident İlham Əliyevin Akademiyanın tədbirinə gəlməsi biz alimlərin həyatında müstəsna rol oynamışdır.  Prezident vurğulayır: Elmlər Akademiyası təbii ki, artıq uzun illərdir fəaliyyət göstərir və mən də yubiley tədbirlərində iştirak etmişəm. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil.

Bu, dünya təcrübəsində var. Prezident İlham Əliyevin çıxışı Azərbaycan elminin inkişafının daha zirvəyə çatmasına xidmət edəəkdir. “ Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur.” Prezident İlham Əliyev vurğuladı ki, "Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. ".Hazırda Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin elm sahəsindəki maraqlarının inkişafına diqqət və qayğısının sayəsində Azər¬baycan gəncliyi özünün intibah dövrü¬nü yaşayır. Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, bizim çoxlu istedadlı gənclərimiz var. Dövlət başçısının səsləndirdiyi fikirlər alimlərin, xüsusilə də gənclərin diqqət mərkəzindədir. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bizim çoxlu istedadlı gənclərimiz var. Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Bütün bu prezidentin müsahibəsində prioritet hədəflər biz gənclərin üzərinə də böyük məsuliyyət düşdüyünü göstərir. Fəaliyyətinizdə biz gənc alimlər hər zaman Prezidentin ətrafında bir yumruq kimi birləşəcəyik.

Sonda prezident İlham Əliyevin qeyd etdiyi kimi bildirmək istəyirəm ki, atılan bütün addımlar müasir müstəqil, qalib Azərbaycanın.gələcəyinə xeyli fayda gətirib, xidmət edir və bu müsahibə gələcək yol xəritəsinin prioritetlərinin göstəricisidir. Prezident İlham Əliyevin Azərbaycanı qalib dövlətə çevirmək strategiyası və bacarığı təkcə gənc nəsil və gələcək nəsillər üçün nümunə olacaqdır. Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin titanik fəaliyyəti ilə daha yüksək zirvələri fəth edəcəkdir.
 
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli