İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub

Martın 31-də Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İran Prezidentini və xalqını bayram münasibətilə təbrik edib.
Məsud Pezeşkian təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Azərbaycan BMT-də mina qurbanları ilə bağlı xüsusi qətnamə irəli SÜRDÜ

25 siyasi partiya hesabat verdi

Azərbaycan-Aİ əməkdaşlığının perspektivləri müzakirə olunub

Suriya Prezidenti İlham Əliyevi təbrik etdi

Aprel ayında Ermənistan-Azərbaycan arasında... – Səxavət Məmməd yazır

Azərbaycanla İran rəsmiləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşdü
