Prezident TDT dövlət və hökumət başçılarını bir daha COP29-a dəvət edib

"Bildiyiniz kimi, bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm".
Adalet.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.
“COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək”, - dövlət başçısı qeyd edib.
Digər Xəbərlər

Ceyhun Bayramov Kallasla görüşdü

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə müzakirə apardı

Əli Əsədov Laosun Baş prokuroru ilə görüşüb

Rəşad Nəbiyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

“Əvvəl-axır onlar o torpaqları Fələstin dövlətinə qaytarmalı olacaqlar...” – Zərdüşt Əlizadə

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB

Prezident: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar
