Prezident: "Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır"
"Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir".
Adalet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərində qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizi başçısı qeyd edib: "Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır".
Digər Xəbərlər
29 Oktyabr 2026 13:17
"Azərbaycan buna sadiq qalır" - Bayramovdan Ankarada önəmli açıqlama
29 Oktyabr 2026 12:44
"Maraqların toqquşması özlüyündə hər zaman cinayət demək deyil" - Arzu Nağıyev
29 Oktyabr 2026 12:30
Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı
29 Oktyabr 2026 12:00
Vəzifəli şəxs maraqları üçün xidməti vəzifəsindən istifadə etməməlidir - Yeni qanun
29 Oktyabr 2026 11:55
“Yaşasın Türkiyə Cümhuriyyəti, yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!”
29 Oktyabr 2026 11:52
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29 Oktyabr 2026 11:30
İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
29 Oktyabr 2026 10:42


Bakı -°C

