Prezident və xanımı Ağdamda 2-ci yaşayış kompleksində aparılan işlərlə tanış olublar - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.
Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
*** 14:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
21 Sentyabr 2026 11:06
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20


Bakı -°C

