Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.
Adalet.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.
Digər Xəbərlər
28 Sentyabr 2026 12:12
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
28 Sentyabr 2026 11:58
"Azərbaycanda hərbi cinayətlərin sayı azalıb" - Kamran Əliyev
28 Sentyabr 2026 11:50
Türkan Gündüzün qızı həbsdəki atalığından şikayətçidir - VİDEO
28 Sentyabr 2026 11:37
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
28 Sentyabr 2026 11:29
"Birliyin Gücü – 2026” təlimindən görüntülər - VİDEO
28 Sentyabr 2026 11:27
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
28 Sentyabr 2026 10:39
Prezident onlara ali hərbi və xüsusi rütbələr verdi
28 Sentyabr 2026 10:33


Bakı -°C

