Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub.
Adalet.az bildirir ki, dövlətimizin başçısına istehsal müəssisəsi barədə məlumat verilib.
Qeyd edək ki, ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.
Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.
Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.
Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi tikiş fabrikinin açılışı olub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Azərbaycan və Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
20 Sentyabr 2026 13:59
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
20 Sentyabr 2026 12:57
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
20 Sentyabr 2026 10:02
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 Sentyabr 2026 10:01
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşıldı
20 Sentyabr 2026 09:15
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür
20 Sentyabr 2026 09:12
“Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir”
20 Sentyabr 2026 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19 Sentyabr 2026 09:54


Bakı -°C

