Prezidentdən Anar Quliyevlə bağlı SƏRƏNCAM
Anar Adil oğlu Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru təyin edilib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilib.
Sərəncamda deyilir ki, Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunub: "Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir.
Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022–2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirilmişdir. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun müzakirələrin aparıldığı bir platforma yaratmışdır.
Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınmışdır. Azərbaycana hörmət və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcəkdir".
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər Xəbərlər
11 Iyun 2026 13:10
Azərbaycanı kimlər İran cəhənnəminə itələyir?
11 Iyun 2026 10:10
“Ermənistanla Yekun sülh müqaviləsi olmadan siyasi əlaqələr mümkün ola bilər”
11 Iyun 2026 09:45
Zakir Həsənov Pakistana başsağlığı verdi
10 Iyun 2026 19:56
Prezidentdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı FƏRMAN
10 Iyun 2026 19:42
"Türk dünyası yeni siyasi reallığa çevrilir" - Prezidentin köməkçisi
10 Iyun 2026 19:01
"Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb" - Hikmət Hacıyev
10 Iyun 2026 17:11
Ermənistandakı seçkinin nəticələri Azərbaycan üçün yeni... - Səxavət Məmməd yazır
10 Iyun 2026 15:07


Bakı -°C

