02 May 2025 17:01
255
GÜNDƏM

Prezidentdən Pir Həsən ziyarətgahı ilə bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, ziyarətgahın təmir-bərpa işlərinə sərəncama əsasən Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat ayrılacaq.