Prezidentin köməkçilərinin sayı azaldı - SİYAHI

Dünən Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə yeni müdir təyin edildiyi barədə xəbər vermişdik.
Adalet.az xatırladır ki, Dövlət başçısının sərəncamı ilə bu vəzifəyə Fərid Mirmufid oğlu Seyidov təyin edilib.
Qeyd edək ki, sözügedən vəzifəni ötən ilin dekabr ayına kimi general-leytenant Məhərrəm Əliyev tuturdu. O, 2023-cü ilin dekabrın 9-da həmin postdan azad edilərək Belarusa fövqəladə və səlahiyyətli səfir göndərilib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, dünənki təyinatdan sonra Azərbaycan Respublikası Prezidentinin köməkçilərinin sayı da azalıb.
Məsələ burasındadır ki, general Məhərrəm Əliyev Prezident Administrasiyasında Hərbi məsələlər şöbəsinin müdiri olmaqla yanaşı, həm də Prezidentin hərbi məsələlər üzrə köməkçisi idi.
Fərid Seyidov isə Prezident Administrasiyasında yalnız Hərbi məsələlər şöbəsinə rəhbərlik edəcək. Onun vəzifəsi Azərbaycan Prezidemtinin rəsmi saytında yalnız Hərbi məsələlər şöbəsinin müdiri kimi qeyd olunub.
Buradan belə nəticə çıxır ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsi ləğv edilib. Əvəzində Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsi yaradılıb.
Beləliklə, Prezidentin köməkçilərin sayı azalaraq 11 nəfərdən 10 nəfərə düşüb.
Onlar aşağıdakı şəxslərdir:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov;
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov.
Digər Xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb

Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb - YENİLƏNİB

Samir Şərifova daha bir vəzifə verildi - Baş nazirdən sərəncam

Prezident 4 kəndin sakinləri ilə görüşdü - FOTOLAR + YENİLƏNİB

İcma: Qərbi Azərbaycan TV-nin adından yanlış məlumatlar dərc edilib

"Bu qanunun yenidən işlənib qəbul olunmasına ehtiyac var" - Komitə sədri
