Prodüsserlə müğənni arasında qalmaqal yaşandı
Prodüsser Tarix Əliyev (Tolik) müğənni Sərxan Kərəmoğlunu yıxıb- sürüyüb.
Adalet.az xəbər verir ki, qalmaqala səbəb isə şou-proqramların birində müğənninin prodüsser haqqında xoşagəlməz danışığı olub. Bundan qəzəblənən T.Əliyev aparıcısı olduğu “Tarixin bu günü” verilişində danışıb:
“Sərxan dostumdur, ancaq haqqımda niyə belə danışır heç anlamadım. Mənim Natavan Həbibi ilə davam 14il əvvəl olub. Onda da sən müğənni deyildin. Nəsibə Zeynalova adına teatrın rəhbəri idin. Mən kiminsə çörəyinə bais olsam, onun koryerasının sonu olur. 24ildir neçə- neçə tədbirlər təşkil edirəm, bir dəfə də olsun Sərxan Kərəmoğlunu istəməyiblər. Mən öz atamdan üzr istəməmişəm, indi səndən üzr istəyəcəm”?!
Əntiqə