Professor:"Özləri də bilir ki, Amaras monastırı “qədim erməni abidəsi" deyil, amma saxtakarlıq genlərindədir..."
Erməni mediası və digər “mədəni və tarixi abidələrin qorunması" fondu kimi fəaliyyət göstərərn "Geghard" Fondu iddia edir ki, Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırı Amaras “qədim erməni xalqı”na məxsus “erməni mədəni irsi”dir.
1813-28-ci llərdə havadarları Rusiya tərəfindən Qafqaza köçürülən hay tayfalları Amaras tikilən vaxt – IV əsrdə Azərbaycanda olmadıqlarını bildiyi halda həyasızlıqla belə bir iddia ortaya qoyurlar.
Erməni mediası yazır: Amaras orta əsr Ermənistanının ən əhəmiyyətli monastır komplekslərindən biridir. V əsr tarixçisi Pavstos Buzandın yazdığına görə, Amarasdakı Müqəddəs Qriqoris kilsəsi IV əsrin əvvəllərində İşıqlandırıcı Qriqor tərəfindən tikilmiş, erməni tarixçisi Movses Kalankatliiyə görə, o burda dəfn edilmişdi və onun nəvəsi Qriqoris tərəfindən tikinti tamamlanmışdır.
V əsrin əvvəllərində Mesrop Maştots burada Artsaxın ilk məktəbinin əsasını qoydu. Amaras Artsax-Utik bölgəsinin ruhani və yepiskop mərkəzlərindən biri idi. Əsrlər boyu monastır bir neçə dəfə xarici işğalçılar tərəfindən dağıdılıb. 15-16-cı əsrlərdə burada çoxlu erməni əlyazmaları yazılmış və köçürülmüşdür. 2023-cü ilin sentyabrında Amaras Azərbaycan ordusu tərəfindən işğal edilib.
Artsax və Utik ermənilərinin mənəvi-mədəni mərkəzlərindən biri olan Amarasın Bun Ağvank ərazisindən kənarda olsa belə, necə “Ağvank” mədəni strukturu ola biləcəyini təsəvvür etmək mümkün deyil”.
Əslində isə məsələ heç də ermənilərin iddia etdiyi kimi deyil.
Milli-mədəni dəyərlər üzrə tədqiqatçı, Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı Faiq İsmayılov ermənilərin bu dəfəki iddiası ilə bağlı Adalet.az-ın suallarını cavablandırır:
- Hörmətli Professor, məlumdur ki, Amaras monastırının tikilmə tarixi ilə hayların Qafqaza köçürüldüyü tarix üst-üstə düşmür...
- Ermənilərin indiyə qədər normal bir iddiasına rast gəlmək mümkün deyil. Elə bu iddiası da digər iddiaları kimi gülünc və eyni zamanda qəzəbləndiricidir. Amaras hara, erməni hara? - deyirsən və həm adamı gülmək tutur, həm əsəb... Ermənistan və onun havadarlarının, Qarabağ sakinlərinin mürəkkəb inanclar kompleksini genetik elementlərə parçalamaq, onları kökündən qoparıb yaranan boşluqları ermənilərlə doldurub “erməni xalqı” adlı yeni millət “formalaşdırmaq” planı birinci Qarabağ müharibəsindən sonrakı 30 ildə, dünya güclərinin təsiri ilə qündəm oldu.
Hətta 2020-ci il 44 günlük Qarabağ müharibəsindən sonra da Rusiya, Fransa Amerika kimi dövlətlər tərəfindən açıq şəkildə Qarabağ ermənilərinə hansısa status verilməsi barədə Azərbaycana davamlı təsilər göstərilməyə başlandı. Hazırda bunu hiss etməyən yoxdu. ABŞ , Fransa konqresmenlərinin, Aİ üzvlərinin Ermənistanın bütün saxtakarlıqlarını dəstəkləməsi də dediyimizə sübutdur.
- Faiq müəllim, ermənilərin müsəlman azərbaycanlılara qarşı kilsə , monastır, məbəd iddialarının dünya ictimaiyyəti tərəfindən qəbul edilməsində din amili əsas rol oynayırmı? Məsələn, ermənilər bir çox məqalələrində "müsəlmana kilsə tikmək nə lazım idi" fikirlərlə Azərbaycanı dərindən tanımayan başqa ölkələrin ictimaiyyətini çaşdırırmı?
- Dünyanın tarixdən xəbəri olan qismi bilir ki, Azərbaycan ərazisinə İslam dini VII əsrdə yayılıb . Ona qədər Azərbaycanda, Qarabağda xristianlıq olub və təbii ki, xristian məbədləri də olub. Qarabağın qədim tarixində xristianlığın da digər dinlər kimi formalaşması ermənilərə öz çirkin niyyətlərini həyata keçirməyə müəyyən əsaslar yaradıb. Amma müəyyən fərqlər var. Qarabağın xristianlıq tarixində, xristianların dini etiqadlarının, dini simvollarının, ibadət qaydalarının, kilsə və monastrların memarlıq quruluşları erməni toplumunun dini etiqadlarına və memarlığına uyğun gəlmir.
İşğal dövrü, Qarabağdakı xristian dinini mənimsəmək üçün ermənilərə, kilsə və monastrların formalarını dəyişmək ya da uçurdub yerlərində yenilərini tikmək üçün külli miqdarda pul vəsiti ödənilirdi, layihələr həyata keçirirdilər. Ermənilərin işğal dövrü Qarabağda 104 məbəd, sovmə və bazilikanı əsassız olaraq, kilsə adlandırıb onların 59-nu tanrı anasının adına bağlamaları xristian dininə hörmətsizlikdən başqa bir şey deyildir. Ermənilər işğal dövrü dini ibadətgah olmayan bütün abidələr üzərində xaç şəkilləri çızır, erməni dilində ayinlər yazır və dövrü mətbuatda erməni kilsəsi və ya erməni monasr kimi təqdim edirlər.
Məhz bu səbəblərə görə , indi Qarabağdan uzaqda olsalar da Amaras və digər qədim alban abidə və məbədlərinə iddiaları var.
- Yəqin ki, “dəyişdirilmə” hoqqası Amaras üzərində daha geniş aparılıb ki, ermənilər belə inamla “bizim Amaras” deyirlər.
- Əslində ermənilər özünün olmadığı hər şeyə “bizim” deməkdən utanmayan bir toplumdur. “Bizimdir” deməyi, saxta haray-həşir salmağı, özününküləşdirməyi heç bir toplum erməni qədər mükəmməl şəkildə bacarmaz. Amaras monastırını isə 1992-ci ildə Qarabağı işğal etdikdən sonra elə dəyişiblər ki, divarlarına o qədər qondarma xaç, lövhə, yazı yazıb yapışdırıblar ki, sanki ermənilərin dədəsindən qalıb. 2000-ciildə media yazdı ki, abidə ermənilər tərəfindən vandalizmə uğradaraq memarlıq quruluşunda dəyişiklik edilib. Xatırlayırsınızsa, “təmir” üçün vəsait məsələsini İranın tarixi kilsə mərkəzinin direktoru Şerli Avetyan həll etmişdi. İşğal illərində qondarma rejimin nümayəndəsi ilə keçirilən görüşdə tərəflər bu haqda razılığa gəlmişdilər. Bu vəsaitlə Amaras monastrının tağlarında, içərisindəki komponentlərdə, xarici görünüşündə dəyişiklik aparıldı. İşğaldan azad edilən ərazilərdə saxta xaç daşları istehsal edən sexlərin tapılması da dediyimizə sübutdur.
- Məhz buna görə, saxta iddialarında israrlıdırlar...
Ermənilər bu həqiqəti də bilir ki, 1836-cı ildə Alban Həvari Kilsəsinin Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilib. Sonra, 1848-ci ildə Gəncəsər mitropoliti Ter-Baqdasarın göstərişi ilə Amaras monastırı Erməni Qriqoryan Kilsəsinə tabe edilib. Uzun sözün qısası, ermənilər nə qədər çalışsalar da Alban tarixinin bir hissəsi olan monastır və məbədləri “erməni kilsəsi” kimi sığortalaya bilməyəcəklər.
-Mənbələrdə bununla bağlı qeydlər də var: 1918-1919-cu illərdə Orbeli tərəfindən tapılmış və tərcümə edilmiş divar yazılarının turistlər tərəfindən çəkilərək internetə yerləşdirilən müasir fotoşəkilləri ilə müqayisəsi göstərir ki, ötən əsrdə və xüsusilə də 1993-2020-ci illəri əhatə edən Qarabağın işğalı dövrü ərzində bu məbədin xarici daşlarının, daxili lövhələrinin 50faizə qədəri yeni yazıları olan yeni lövhələrlə əvəz edilib. Əlbəttə, bu dəyişikliklər məbədlərin tarixinin erməniləşdirilməsi, Alban kiləsinin və dövlətinin müstəqilliyini sübut edən yazıların məhvi məqsədilə həyata keçirilib. Faiq müəllim, ətraflı və maraqlı müsahibə üçün təşəkkür edirik.
Söhbəti apardı: Əntiqə Rəşid
(Aşağıdakı fotolar isə ermənilərin işğal vaxtı Amarastın başına açdığı oyunların fotolarıdır...)