Prokuror MTN generalının rütbəsinin alınmasını istədi
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun cinayət işi məhkəmə istintaqı başa çatıb.
Adalet.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı Nizami Şirinovun 12 il, Elcan Abdullayev və Nadir Nəzirovun hər birinin 11 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
Elman Tahirovun isə barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini istəyib.
Prokuror zamində olan Elcan Abdullayev və Nadir Nəzirovun barəsində həbs qətimkan tədbirinin seçilməsinin, məhkəmə zalından həbs olunmasını, Nizami Şirinovun general rütbəsində məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılmasını, Nizami Şirinovun əmlaklarının müsadirə olunmasını istəyib.
İstintaq orqanı tərəfindən Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.
İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər. Onlar zərərçəkmişlər Dilşad Aslanovadan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar alıblar.
Zərərçəkmiş Mirzəli Yusifov mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları (535 500 manat) maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.
Digər zərərçəkmişlər Rahib Ağayev tərəfindən Nizami Şirinov və Elcan Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olduğu elan olunub.
Zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.
Digər Xəbərlər
06 Noyabr 2025 14:46
Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib - MƏHKƏMƏ
06 Noyabr 2025 13:48
General-mayor Bəkir Orucovla bağlı qərar verildi
03 Noyabr 2025 14:57
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başladı
03 Noyabr 2025 11:52
Qaradağ icra hakimiyyətinin əməkdaşları bu maddələrlə ittiham olunur - Rəsmi
31 Oktyabr 2025 21:07
MƏHKƏMƏ: Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatdı - FOTOLAR
31 Oktyabr 2025 19:27
DTX tərəfindən saxlanılan Vüqar Məmmədovla bağlı qərar verildi
31 Oktyabr 2025 19:17
İslam Rzayev bu cinayətlərdə ittiham olunur - QƏRAR VERİLDİ
31 Oktyabr 2025 17:53


Bakı -°C

