PSİXOLOQ: “ …bu kimi səbəblər boşanmalara yol açır”
Bir çoxumuzun eşitdiyi belə bir deyim var: Evlilik, bir evi bölüşmək deyil, bir ömrü bölüşməkdir. Görəsən, doğrudanmı bu deyim bütün evliliklərə aiddir. Ümumi statistik nəticələrə görə, Azərbayacanda daha çox erkən nikahların pozulması müşahidə olunur. Həmin an o məşhur sualı xatırlayırıq: “Kimdir günahkar”?!
Hər iki tərəf günahkar axtarmağa başlayır. Evliliyə addım atanda verilməli olan bütün suallar boşanma mərhələsində ortaya çıxır. Təəssüf ki, bütün bunlar məsələnin həllini tapmaqda yardımçı olmur.
Mözvu ilə bağlı Adalet.az-a danışan psixoloq Nərmin Ağayeva erkən nikah pozuntusunun təkcə Azərbaycanda yox, bütün dünya miqyasında da tez- tez rast gəlinən hal olduğunu qeyd edib:
“Erkən nikah dedikdə emosianal və sosial baxımdan yetkinləşməmiş gənclərin evlilikləri nəzərdə tutulur. Erkən nikahın təkcə ölkəmizdə deyil, dünyada miqyasındakı statistikası heç də ürəkaçan deyil. Təkcə erkən nikahlarda deyil, ümumiyyətlə, boşanma faktorunun səbəbləri var. Bunların bir neçəsini saya bilərəm. Psixoloji yetkinliyin olmaması, ailə həyatına dair real gözləntilərin olmaması , maliyyə və sosial müstəqilliyin olmaması, valideyn və ətrafın təzyiqi, kommunikasiya bacaraığının zəifliyi , erkən yaşda valideynlik – bu kimi səbəblər boşanmalara yol açır. Və bəzən də boşanma faktorunu tezləşdirir”.
N.Ağayeva ailə qurulan zaman diqqət olunmalı məqamları açıqlayıb:
“İnsanlar bəzən düşünürlər ki, partnyoru düşünüb evlənmək lazımdır. Ancaq bu yalnışdır. İnsan ilkin olaraq özünü tanımalı və qəbul etməlidir. Daha sonra qarşı tanımaq lazımdır. Yəni burada vacib məqam insanın özünü dərk etməsidir. Məsuliyyətə hazır olmalı və kommunikasiya bacarığını genişləndirməlidir. Burada emosianal dayanıqlıq, gözləntilərin real olması və şəxsi sərhədləri qorumaq önəmli məqamlardır.
Ümumiyyətlə, erkən nihakın pozulma səbəbi emosional, sosial, maliyyə baxımından yetkinliyin olmamasıdır”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
25 Dekabr 2025 19:30
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15
SN-nin mütəxəssisi yuxu pozğunluğu və oynaq ağrıları arasındakı əlaqədən DANIŞDI
22 Dekabr 2025 10:34
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI
22 Dekabr 2025 09:46
Əhali arasında yayılan xəstəliyin səbəbi nədir? - Rəsmi açıqlama
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13


Bakı -°C

