PSİXOLOQ: “Ən təhükəli məqam zorakılığın alqışlanmasıdır”
Hadisəyə təkcə hüquqi müstəvidən baxmaq düzgün deyil. Burda çox ciddi psixoloji sosial mexanizmlər fəaliyyət göstərir. Ümumiyyətlə, autizm spektr pozuntusu olan bir usağa qarşı nümayiş etdirilən bir aqressiya var. Düşünürəm ki, bu hal autizmdən qaynaqlanmır. Sosial şəbəkələrdə uşağın autizmli olması ilə əlaqələndirirlər ki, bəlkə də bu səbəbdən uşağa belə davranış göstərilib. Ancaq bu, səhv düşüncədir. Burda aqresiyya göstərən şəxsin empatiya, emosianal tənzimləmə, sosial məsuliyyət və fərqindəlik bu kimi xüsusiyyətlərin çatışmazlığı ilə əlaqədar olan aqressiv davranışdır.
Bu sözləri Adalet.az-a açıqlamasında psixoloq Nərmin Ağayeva söyləyib. Onun sözlərinə görə , zorakılıq və kobud davranış cəzasız qalanda adi hala çevrilir:
“Psixologiyada bunun elmi izahı var. İnsanlar davranışları müşahidə edərək öyrənirlər. Uşaqlar ailədə, məktəbdə , sosial mühitdə alçaldıcı hərəkətlər, güc nümayişi kimi münasibətin cəzasız qaldığını görürsə, zamanla bu halı davranış modeli kimi nümayiş etdirirlər. Yəni ki, kobudluq artıq vərdişə çevrilir.
İkinci nəzəriyyə isə dehomanizasiyadır ki, bu da insan həyatı üçün mühüm haldır. İnsan qarşısındakı fərdi özünə bənzər insan kimi deyil, problem, maneə kimi qəbul edir. Belə olan halda qarşısındakı insana zorakılıq göstərməyə başlayır. Onun göstərdiyi zorakılıq psixoloji baxımdan həmin insana görə daha da asanlaşır. Əlilliyi olan, inkişaf fərqliliyi olan şəxslərə bəzən ayrı-seçkilik olur. Bu isə dehomanizmdən qaynaqlanır.
Digər mühüm mexanizm empatiyanın inkişafıdır. Bu, yalnız fitri xüsusiyyət deyil. Erkən uşaqlıq dövründən etirabrən ailədə , məktəbdə cəmiyyətdə formalaşan sosial bacarıqdır. Xüsusən, araşdırmalar göstərir ki, valideynlərin uşaqlarla emosianal mövzuda danışması, prososial davranışları model kimi göstərməsi, fərqliliklərə qarşı hörmət aşılaması uşaqların gələcəkdə aqressiv davranışlarının azalmasına səbəb olur. Bəzən insanlar bu cür hadisələri həmin adamın sərt xasiyyəti, əsəbi halı kimi qiymətləndirir. Halbuki, aqressiya şəxsiyyət xüsusiyyəti olmaqla yanaşı, öyrənilmiş davranış nümunəsi kimi də göstərilir. Yəni kobudluq, zorakılıq bir anda yaranmır. Uzun illər formalaşan sosial münasibətlərin nəticələridir”.
Psixoloq qeyd edib ki, davranışa görə ilk məsuliyyət onu törədən şəxsin üzərinə düşür:
“Videoda gördüyümüz həmin xoşagəlməz görüntü- bir gəncin uşağı liftdən itələməsi fərqliliyin qəbul edilməməsinin, aqressiv davranışın bir nümunəsidir.Bununla yanaşı, ailənin verdiyi tərbiyə, təhsil sistemində inkulziv dəyərlərin yetərincə öyrədilməməsi, cəmiyyətin əlilliyi və inkişaf fərqliliklərini hələ də tam qəbul etməməsi, mediada nifrət nitqinin və ayrı-seçkiliyin normallaşdırılması da bu mühitin formalaşdırmasına təsir göstərən amillərdən biridir.Ən təhükəli məqam isə zorakılığın alqışlanmasıdır. Sosial şəbəkələrdə bəzi nüfuzlu şəxslər baş vermiş hadisəni sorğulamağa cəhd edirlər. Burda cəmiyyət aqressiv davranışı qəhrəmanlıq, kişilik kimi təqdim edib , uşağı sırtıq adlandırırlar. Belə olan halda zorakı davranışlar “sosial mükafat” qazanır. Oxşar hərəkətlərin təkrarlanma ehtimalı artır.Autizm spektor pozuntusundan əziyyət çəkən uşaqlar və yaxud da normal psixi inkişafa malik olan uşaqlar cəmiyyət üçün təhlükəli deyil. Əksinə, burda təhlükə empatiyasını itirmiş, fərqliliyi qəbul etməyən şəxslərdir.İnkişaf etmiş cəmiyyətlər insanın fərqli olmasını deyil, ona qarşı olan qeyri- insani davranışı problem hesab etməlidir. Cəmiyyətin psixoloji sağlamlığı da məhz ən həssas üzvlərə necə münasibət göstərilməsi ilə ölçülür”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
07 Iyul 2026 18:21
Sosial şəbəkələrdədə satılan bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
07 Iyul 2026 17:52
Saç tökülmə, halsızlıq, diqqət dağınıqlı - Bir problemin əlamətidir
07 Iyul 2026 11:33
Qeydiyyatdan sonra nəzarət varmı? - “Sağlam radio”da tibb vasitələrindən danışılır
06 Iyul 2026 18:20


Bakı -°C

