06 Mart 2025 20:20
196
DÜNYA

Putin: Makron kimilərinin arzusu reallaşmayacaq

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona cavab verib.

Adalet.az Rusiya KİV-ə istinadən xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ukrayna müharibəsinin iştirakçılarının anaları ilə görüşdə çıxış edən Rusiya dövlət başçısı hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu söyləyib. 

Putin söyləyib ki, onlar bunun necə başa çatdığını yaddan çıxarıblar.

Ölkə başçısı hərbçilər sayəsində Makron kimilərinin istəyinin reallaşmayacağını nəzərə çatdırıb.

Xatırladaq ki, martın 5-də Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa İttifaqını müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çağırıb.