Putin Rusiya-ABŞ görüşünü şərh etdi
Rusiya prezidenti Vladimir Putin Moskva və Vaşinqton nümayəndələrinin Ər-Riyaddakı görüşünü şərh edib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
O, danışıqlar zamanı atmosferin mehriban olduğunu bildirib və danışıqların nəticələrini “müsbət” qiymətləndirdiyini vurğulayıb.
Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında Rusiya və ABŞ nümayəndələrinin görüşü baş tutub. Danışıqlar bir sıra iqtisadi layihələr üzrə ölkələr arasında əməkdaşlığın bərpasına, o cümlədən Ukrayna münaqişəsinin həlli üçün mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.
Rusiyanı danışıqlar masasında Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər. ABŞ nümayəndələri prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff olub. İqtisadi məsələlərin müzakirəsi zamanı Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev görüşdə iştirak edib./unikal
Digər Xəbərlər
27 Sentyabr 2026 19:34
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
27 Sentyabr 2026 17:50
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
27 Sentyabr 2026 17:42
Afrika parçalanır, yeni okean yaranır
27 Sentyabr 2026 17:21
Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb
27 Sentyabr 2026 17:15
İsrail ordusu HƏMAS komandirini öldürdü
27 Sentyabr 2026 17:02
Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
27 Sentyabr 2026 16:29
Azərbaycanla qardaşlığımız daim var olsun - Duran
27 Sentyabr 2026 16:26


Bakı -°C

