Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
Yaxın vaxtlarda Rusiya yeni təxribat və ya hərbi əməliyyata əl ata bilər. Potensial istiqamətlər arasında Finlandiya, Baltikyanı ölkələr, Norveçin şimalı, Moldova və Ukrayna ola bilər.
Adalet.az bildirir ki, bunu ABŞ ordusunun istefada olan generalı, NATO Birləşmiş Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Uesli Klark deyib.
O vurğulayıb ki, hazırkı dövr NATO və ABŞ üçün son dərəcə ciddi mərhələdir. Xüsusilə, NATO üzvü olan dövlətə hücum ediləcəyi təqdirdə Vaşinqton buna reaksiya verməyə borcludur:
"ABŞ-ın NATO çərçivəsində iştirak etmək və NATO üzvü olan ölkəyə qarşı hər hansı hücuma lazımi şəkildə cavab vermək hüquqi öhdəliyi var. ABŞ-ın həmçinin Ukraynanın sərhədlərini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqla bağlı mənəvi, yazılı şəkildə rəsmiləşdirilməmiş öhdəliyi də var".
Onun fikrincə, artıq yaxın vaxtlarda bu öhdəliklər ciddi sınağa çəkilə bilər:
"Düşünürəm ki, yaxın dövrdə öhdəliklərimiz sınaqdan keçiriləcək. Görünür, Putin hansısa "sürpriz" hazırlayır. Bu, sentyabrın sonunda, oktyabrda və ya daha sonra baş verə bilər".
General Rusiyanın vəziyyəti gərginləşdirməyə cəhd göstərə biləcəyi bir neçə mümkün istiqaməti də sadalayıb:
"Bu, Norveçə qarşı ola bilər. Norveçin şimal sərhədləri yaxınlığında Rusiyanın əhəmiyyətli hərbi aktivliyi müşahidə olunur. Bu, Finlandiyaya və ya Baltikyanı ölkələrə qarşı ola bilər. Kalininqradı Belarusla birləşdirmək cəhdi ola bilər. Dnestryanı bölgədə, Moldovada və ya yenidən Ukraynada hansısa addım atıla bilər".
Digər Xəbərlər
23 Oktyabr 2026 21:00
Üçüncü dəfə prezident olmaq istəyir - “Hüququm var”
23 Oktyabr 2026 20:40
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşları deportasiya olundular
23 Oktyabr 2026 19:54
"İstəsək, İranı ələ keçirə bilərik" - Tramp
23 Oktyabr 2026 19:33
1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub
23 Oktyabr 2026 18:56
Şeremetyevoda 100-dən çox reys ləğv edildi
23 Oktyabr 2026 18:54
Netanyahu İordan çayının qərb sahilində tam qapanma elan etdi
23 Oktyabr 2026 18:00
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
23 Oktyabr 2026 17:25


Bakı -°C

