Putinlə görüşünün detallarını açıqladı
“Putin müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirdi”.
Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Asiya turundan qayıtdıqdan sonra Ağ Evdə keçirilən mətbuat brifinqində deyib.
Xarici siyasət gündəliyini şərh edən Tramp Çində Putinlə baş tutan ikitərəfli görüşün müsbət keçdiyini vurğulayıb.
ABŞ Prezidenti sülh razılaşmasına nail olmağın Rusiya və Ukrayna liderləri arasındakı şəxsi münasibətlərə görə çətinləşdiyini qeyd edib: “Putin açıq şəkildə müharibənin diplomatik yollarla bitməsini istədiyini bildirdi. Düzünü desəm, bu, çox çətin məsələdir. Bir-birinə nifrət edən iki nəfər var - Zelenski və Putin. Onlar müharibəyə necə son qoyacaqlarını bilmirlər. Hər ikisi bunu istəyir, amma heç biri bu vəziyyətdən çıxış yolu tapa bilmir. ABŞ bu prosesdə hər iki tərəfə kömək etməyə çalışır”.
Tramp həmçinin Putinə “Əgər mən prezident olsaydım, müharibəyə başlayardınızmı?” sualını ünvanladığını və Rusiya liderinin buna “Xeyr, bu müharibə heç vaxt baş verməzdi” cavabını verdiyini söyləyib. Rusiya Prezidentinə “Dostum” deyə müraciət etməsi ilə bağlı sualı isə o, “Sadəcə mənimlə çox yaxşı yola gedir” şəklində cavablandırıb.
Ukraynaya NATO-nun 4 və 5-ci maddələrinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi ehtimalına toxunan Ağ Ev rəhbəri bu məsələnin yalnız yekun sazişdən sonra gündəmə gələ biləcəyini bildirib: “İndi təhlükəsizlik zəmanətləri barədə danışmaq istəmirəm, çünki əvvəlcə razılığa gəlməliyik. Razılıq əldə edildikdən sonra bu prosesə qoşulacağıq”.
Digər Xəbərlər
21 Noyabr 2026 13:08
"Rusiya, ABŞ və Çin nüvə arsenallarını azaltmalıdırlar" - Tramp
21 Noyabr 2026 09:16
"ABŞ İranla sülh razılaşması bağlamaq niyyətini açıq bəyan etməlidir" - Əraqçi
21 Noyabr 2026 09:08
"Tələbə olanda dörd uşağımız var idi, amma otaqlarımız ayrı idi" - Pezeşkian
21 Noyabr 2026 00:09
Rusiya Krivoy Roqa zərbələr endirdi - Xeyli yaralı var - FOTOLAR
20 Noyabr 2026 23:49
Rubio: ABŞ, Rusiya və Çin liderləri arasında təmaslar əvəzsizdir
20 Noyabr 2026 23:42
“İran razılaşma istəyir, amma şərtlərimizi qəbul etmir” - Tramp
20 Noyabr 2026 22:20
"Putin müharibəyə son qoymaq istəyir" - Tramp
20 Noyabr 2026 17:50


Bakı -°C

