31 Mart 2025 10:03
374
İDMAN

Qadın şahmatçılarımız Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın qadın şahmatçıları Yunanıstanın Rodos adasında bu gün start götürəcək fərdi Avropa çempionatında mübarizə aparacaqlar.

Adalet.az xəbər verir ki, qitə birinciliyində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynova çıxış edəcək.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan yarış aprelin 11-də başa çatacaq.