adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Mart 2023 11:47
472
HADİSƏ

“Qadın taleyi” rubrikası: “Məni şikəst edib söz verdi ki, evlənəcək, amma...”

Adalet.az “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Zərnişanın (adı şərtidir) həyat hekayəsini təqdim edəcəyik. Zərnişan deyir ki, hər şey uşaq vaxtı baş verən bir hadisədən sonra olub. O, olanları əməkdaşımıza belə nəql edib:

“Kənddə böyümüşük. Həmişə qonşu uşaqlarla bir yerdə oynayardıq. Bir gün qonşu oğlan mənimlə oynayarkən əlindəki şprisi gözümə soxdu. Ondan sonra məni dərhal xəstəxanaya çatdırdılar. Həkimlərin səyinə baxmayaraq gözümü saxlamaq mümkün olmadı və amputasiya etdilər. İşə polis qarışdı, araşdırma apardılar. Təqsirkar bəlli idi. Azyaşlı olduğu üçün polis onu həbs də edə bilmirdi. Biz də şikayətçi olmadıq. Valideynləri təklif etdi ki, qız böyüsün elə oğlumuza alarıq bununla da söhbət bağlanar. Elə də razılaşdıq”. 

“Günlərin birində xəbər gəldi ki, üç yaşlı qızı həyətdə oynayarkən...”

“İllər ötdü və biz böyüdük. Ailə qurmaq məqamı çatanda isə onlar vaxtı uzatmağa başladılar. Hər dəfə bir bəhanə gətirirdilər. Ondan sonra valideynlərim gördü ki, bunlar bizi aldadır. Bakıdan tanışlardan elçim çıxdı və mən ailə qurub köçdüm. Məndən sonra həmin oğlan da evləndi. Görünür məqsədləri bu idi. Amma mən bağışladım, Allah bağışlamır axı. Günlərin birində xəbər gəldi ki, üç yaşlı qızı həyətdə oynayarkən quyuya düşərək boğulub. Bu hadisədən sonra çox sarsıldılar. Özləri kənddə etiraf etmişdilər ki, bu hadisə bizim başımıza o qıza görə gəldi. Onun həyatını məhv etdik və indi də cəzasını çəkirik. Amma hər şey Allahın işidir, sabah mənim də başıma hadisə gələr, buna sevinmirəm. Aradan 18 ildən çox vaxt keçib. Daha kənddə yaşamadığımız üçün onlarla üz-üzə gəlmirik. Görünür alın yazım bu imiş”.

Vasif Əlihüseyn