Qadının attraksiondan yıxılaraq ölməsi araşdırılır - Prokurorluq - YENİLƏNİB
Abşeron Rayon Prokurorluğunda qadının atraksiondan yıxılaraq ölmasi faktı araşdırılır.
Bu barədə Adalet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 8-i Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
10:06
Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Adalet.az xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.
Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.
M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.
Digər Xəbərlər
27 Dekabr 2025 13:13
"Ədalətli məhkəmə həm də vəkil fəaliyyəti ilə mümkündür" - İnam Kərimov
26 Dekabr 2025 21:00
Ermənilərin məhkəməsində məhkəmə baxışı BAŞA ÇATDI
26 Dekabr 2025 17:11
Orduxan Teymurxan, Qurban Məmmədov və digərlərinə hökm oxundu
26 Dekabr 2025 16:30


Bakı -°C

