Qadınlardan taksi sürücüləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur - DİN-dən AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır.
Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Digər Xəbərlər
03 Noyabr 2026 17:58
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib - FOTOLAR
03 Noyabr 2026 13:07
Bu şəxslərdən iş icazəsi tələb olunmayacaq
03 Noyabr 2026 12:36
İstehsalçılar ətraf mühitə təsirin qiymətləndirilməsini özləri müəyyən edəcəklər
02 Noyabr 2026 13:58


Bakı -°C

