09 Avqust 2023 13:23
705
SAĞLAMLIQ

“Qadınların ən həssas dövrü” 

Yaradan qadını ilk növbədə ana olmaq üçün yaradırb. Yəni təbiətdə qadının ilk rollarından biri ana olmaqdır.  Amma bu məsuliyyətli və çətin mərhələdə xanımlar nəyə diqqət etməli olduqlarını bilirlərmi? Onlar üçün nələrin  vacib olduğunun müəyyən qismini ginekoloq tövsiyyə edir. Qalan bir qismi isə gələcək anaların öz üzərinə düşür. Ona görə də hamilə xanımlar bu mövzuda daha diqqətli olmalıdırlar.

Hamiləlik zamanı qadınların bədənində çox dəyişiklik baş verir. Məsələn, maddələr mübadiləsi sürətlənir. Daha çox tər vəzi işləyir, bədən daha sürətli işləyir, ürək və qan damarları bütün orqanlara normalda olduğundan daha çox oksign daşımağa çalışır.  Ürək döyüntüləri artır.
Ürək 40% daha çox qan vurur, əzələlər artır. Ağızdakı dadbilmə dəyişir, ayaqlar şişir və böyüyür, saçlar qalınlaşır və daha parlaq olur və s. Təbii ki, bütün bu dəyişikliklər bir insanın dünyaya gəlməsi səbəbiylə baş verir. Hamiləlik zamanı vitamin kompleksi, xüsusən də Vitamin D insan bədənində azalmağa başalyır.  Çünki qadının bədənindəki vitaminləri özü ilə yanaşı ayrı bir insan da (bətnindəki döl) həzm edir. Məhz bu səbəbdən həkimlər hamilə qadınlara hamiləlik dövründə gündəlik Vitamin D qəbul etməyi məsləhət görürlər. 

Həmin dövrdə dişlərin qaralması və cürüməsi də qadınları narahat edən problemlərdən  biridir. Lakin tibb sübut edir ki, hamiləlik dövründə dişlərin cürüməsi və ya qaralması gözlənilən haldır. Bu dövrdə xanımlar qidalarına və qidalanma vaxtına xüsusi diqqət etməlidirlər. Qazlı sular, allergiya yaradan qidalar, şam yeməyində xəmir yeməkləri  qəbul etmək  hamiləlikdə narahatlığa səbəb ola bilər. 

Daha çox  ağartı məhsulları qəbul etmək, hamilənin özü və bətnindəki körpə üçün olduqca xeyirlidir. 

Çünki onlar qatıq və ya kəsmik  yedikdə, süd içdikdə bədənləri təbii kalsium, dəmir və digər maddələrlə zəngin olur. Adlarını çəkdiyimiz maddələr isə insanı yaşamına birbaşa təsir edən vasitələrdir. O səbəbdən də xanımlar hamiləlik dövründə olduqca diqqətli olmalıdırlar. Unutmayaq ki, səhhətində problem yaşayan qadınların sağlam övlad dünyaya gətirmək şansı çox azdır.
 

Əntiqə KƏRİMZADƏ