adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 May 2024 18:40
574
GÜNDƏM

Qafanda İran konsulluq açırsa, Şuşada Türkiyənin konsulluğu niyə olmasın?

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının Xankəndidə və Şuşada konsulluqların açılması bağlı fikirləri erməniləri bərk narahat edib: “Biz Şuşada konsulluq açmaq üçün müraciət etmişdik. Bu məsələ ilə bağlı danışıqlar da iki dövlət arasında aparılır, dövlətimiz də bu məsələni dəyərləndirir, zamanı gələndə açılacaq”.


Maraqlıdır ki, 2022-ci ilin oktyabrında Ermənistanın Azərbaycanla sərhəd olanQafan rayonunda da bir nəfər olsun fars yaşamadığı halda İran gəlib orada konsulluq açdı.
Hətta Rusiya diplomatları sentyabrda konsulluğun açılması məsələsi ilə bağlı Ermənistanın Qafan şəhərinə gəldi, bu bizi narahat etmir. Amma öz ərazimizdə konsulluğun açılması erməniləri narahat edir.
Yeri gəlmişkən, ekspertlər həmin vaxt İranın belə tez-tələsik Qafanda konsulluq açmasını bir növ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfərinə cavab kimi dəyərləndirirdilər. Çünki iranlı nazir Ərdoğanın Azərbaycan səfəri zamanı gözlənilmədən İrəvana getdi və yalnız bundan sonra mediada Qafan şəhərində Baş Konsulluğunun açılacağına dair xəbərlər yayıldı.

 Əntiqə Rəşid