Qarabağda icra olunan yol layihələrinin vəziyyəti açıqlandı
İşğaldan azad olunmuş ərazilərdə uzunluğu 1 454,3 km olan 30 yol layihəsi üzrə tikinti işləri başa çatdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Adalet.az-a verilən məlumata görə, hazırda ümumi uzunluğu 2 432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir.
Məlumata görə, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3 878,1 km olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.
Bildirilir ki, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur. Uzunluğu 13,6 km olan 7 tunelin tikintisi başa çatdırılıb, ümumi uzunluğu 57,6 km olan 41 tunelin tikintisi isə davam etdirilir.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur. Uzunluğu 8 839,1 metr olan 392 körpü artıq inşa edilib.
Qeyd olunub ki, ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi nəzərdə tutulur, bunlardan da artıq 9-nun (1 965 metr uzunluğunda ) tikintisi başa çatdırılıb.
Qeyd olunanlarla yanaşı işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun genişmiqyaslı bərpası da davam etdirilir.
Digər Xəbərlər
17 May 2026 20:00
Polislər bu gün yollarda… - VİDEO
17 May 2026 18:18
İntensiv yağışların fəsadları aradan qaldırılır - FHN
17 May 2026 18:05
Bu gün Bakı və Abşeronda ilin ən çox yağıntı düşən günü oldu
17 May 2026 17:11
Yollarda görünüş məhdudlaşacaq
17 May 2026 14:21
Bakıda intensiv yağışın nəticələri aradan qaldırılır - FOTOLAR
17 May 2026 12:05
Şahdağda qar yağır - FAKTİKİ HAVA
16 May 2026 23:22
"28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? - VİDEO
16 May 2026 19:22


Bakı -°C

