"Qarabağın Azərbaycanın ərazisi olduğunu açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq" - Rəisi
Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm.
Adalet.az xəbər verir ki, bu fikirləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı İran Prezidenti Seyid İbrahim Rəisi səsləndirib.
İran Prezidenti, həmçinin bildirib: “Kəlalə-Ağbənd bölgəsində 140 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolunun üzərində tikilən körpülər də strateji layihələrdir. Bu layihəni biz çox sürətlə davam etdiririk”.
Digər Xəbərlər
20 Sentyabr 2026 13:38
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
20 Sentyabr 2026 11:14
Ceyhun Bayramov ABŞ-a getdi
19 Sentyabr 2026 11:47
“Mövcud vəziyyət Çini də narahat edir...” – Politoloq
19 Sentyabr 2026 11:47


Bakı -°C

