"Qarabağ"ın oyunu ilə bağlı Bakı metropolitenində iş saatı uzadılacaq
Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.
Adalet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və “Bakı Metropoliteni” QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, metropolitendə iş saatı uzadılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə azarkeş marağı nəzərə alınmaqla, bütün stansiyalar yanvarın 21-dən 22-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Stansiyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.
Qarşılaşmadan sonra sərnişinlərin ünvana rahat və təhlükəsiz çatdırılması üçün “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında xüsusi nəzarət tədbirləri görüləcək.
Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tənzimlənsə də, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq.
Digər Xəbərlər
14 Mart 2026 19:46
Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı...
14 Mart 2026 16:53
Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi
14 Mart 2026 15:29
Pakistanlı diplomat İrandan ölkəmizə təxliyə olundu
13 Mart 2026 19:54
Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
13 Mart 2026 19:01
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - TƏSDİQLƏNDİ
13 Mart 2026 17:53
Kamran Əliyev ağac əkdi - FOTO
13 Mart 2026 17:36
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13 Mart 2026 17:12


Bakı -°C

