Qarabağlı erməni uşaqlar yay tətilini Macarıstanda keçirəcək - Mkrtçyan
jpg-1706017446.jpg)
Təəssüf ki, 30 il Qarabağdan köçkün düşən uşaqların heç biri xarici bir ölkədə istirahətə, yaxud, yay tətilinə aparılmayıb.
Adalet.az xəbər verir ki, amma hazırda Qarabağı könüllü tərk edən ermənilərin uşaqları istirahəti - yay tətili Macarıstanda təşkil edilməsi imkanı müzakirə edilir.
Erməni mediası yazır ki, bu günlərdə Əmək və sosial məsələlər üzrə nazir Narek Mkrtçyan Macarıstanın ER-dakı Fövqəladə və səlahiyətli səfiri Anna Maria Şikonu qəbul edib:” Görüş ərzində əmək və sosial müdafiəsi sahəsindəki əməkdaşlığının gələcək istiqamətləri, xüsusuilə Dağlıq Qarabağdan məcburi köçmüş şəxslərə dəstək vermək prosesində birgə proqramların həyata keçirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
Anna Maria Şiko da nazirliklə əməkdaşlığı vacib hesab edərək qeyd edib ki, Qarabağdan gələnlərə dəstəyinə yönəlmiş proseslərdə lazımi səylər göstərməyə hazırdırlar. Səfirin təklifi ilə həmin uşaqların istirahəti yay tətil ərzində Macarıstanda təşkil etmək imkanı müzakirə edilib.
Nazir Mkrtçyan səfirin təklifini alqışlayaraq qeyd edib ki, oxşar proqram Sloveniya və Kipr ilə artıq həyata keçirilib ki, onun çərçivəsində həm Qarabağın, həm də Ermənistan Respublikasının sərhədyanı icmalarının uşaqları təhsil və maarifləndirici fərqli tədbirlərdə iştirak edərək bu ölkələri ziyarət etmək imkanı əldə ediblər.
Əntiqə Rəşid
Digər Xəbərlər

"Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır" - DTX rəisi

Emin Ağalarov: İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq

"Təhdidlərə qarşı xüsusi xidmət orqanları vacib rol oynayır" - Əli Nağıyev

III Bakı Təhlükəsizlik Forumu keçirildi - VİDEO + FOTOLAR

Baş Prokurorluğun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi - FOTOLAR + YENİLƏNİB

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - FOTO

"Azərbaycan bütün əsgərləri azad edib" - Muradov
