adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 May 2024 10:48
789
HADİSƏ

Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri yandırılıb

Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub.

Adalet.az xəbər verir ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.