Qayınatası tərəfindən öldürülən Günel müəllim imiş - VİDEO
Xəbər verdiyimiz kimi, Qobustan rayonunun Təklə kəndində gəlin öldürülüb, onun qayınanası isə xəsarətlər alıb.
Adalet.az Xezerxeber.az-a istinadən xəbər verir ki, kənda sakini, 24 yaşlı Günel Ağabəyli bıçaqlanaraq öldürülüb, onun qayınanası, 66 yaşlı Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib. Hadisənin törətməkdə mərhumun qayınatası, 68 yaşlı Orucağa Ağayev şübhəli bilinir. Məlumata görə, son 20 gündə qayınatanın psixoloji problemləri olub.
Xəsarətlər alan qayınana Sevil Ağayeva xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Orucağa Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, öldürülən Günel Ağabəyli musiqi müəllimi olub.
Digər Xəbərlər
15 Iyul 2026 16:19
14 il şiddət görən qadının əri saxlanıldı
13 Iyul 2026 13:18
Binəqədidə civə satmaq istəyənlər saxlanıldı - VİDEO
11 Iyul 2026 12:10
Fatimənin qatili hava limanında SAXLANILDI - VİDEO
11 Iyul 2026 09:42
Azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
09 Iyul 2026 20:00
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - YENİLƏNİB
09 Iyul 2026 12:25
Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO
08 Iyul 2026 17:48
Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi - VİDEO
08 Iyul 2026 13:48


Bakı -°C

