adalet.az header logo
  • Bakı -°C
23 Avqust 2026 11:41
59
HADİSƏ
A- A+

Qazaxda iki minik avtomobili toqquşub, ölənlər var - YENİLƏNİB

Qazaxda ağır qəzada “Opel” markalı minik avtomobilinin sürücüsü 1968-ci il təvəllüdlü M.İbrahimov, onun sərnişinləri - 1958-ci il təvəllüdlü S.Mustafayeva və 1953-ci il təvəllüdlü F.Mustafayev ölüb.

Adalet.az xəbər verir ki, qəza nəticəsində “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1997-ci il Ş.Mustafayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

XXX

11:16

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.