Qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Adalet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bu çərçivədə Agentliyin əməkdaşları tərəfindən Tovuz rayonu, Əyyublu kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Əkbər Məhərrəm oğlu Niyazova məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və qərarın surətləri sahibkara təqdim edilib.
Digər Xəbərlər
21 Sentyabr 2026 23:07
Bakıda təmir edilən yol yenidən ÇÖKDÜ - VİDEO
21 Sentyabr 2026 10:10
Bakıda tədbirdə monitor qadının üstünə aşıb - VİDEO
21 Sentyabr 2026 08:49
Bilgəhdə batanlar tələbə imiş - VİDEO
21 Sentyabr 2026 08:25
Bakıda 10 otaqlı yaşayış evində yanğın olub
21 Sentyabr 2026 08:01
38 yaşlı kişi faciəvi şəkildə öldü - VİDEO
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51


Bakı -°C

