02 Oktyabr 2025 13:56
268
HADİSƏ

Qəbələdə ev yandı

Qəbələ rayonunun Aydınqışlaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.