Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat sabah başa çatır
Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün abituriyentlərin qeydiyyatı sabah başa çatır.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
"30 aprel saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 28872, II ixtisas qrupu üzrə 23672, III ixtisas qrupu üzrə 26102, IV ixtisas qrupu üzrə isə 6198 abituriyent ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ilə real vaxt rejimində qeydiyyat səhifəsinin statistika bölməsində tanış olmaq mümkündür",- deyə əlavə edilib.
Qeyd edək ki,Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.
Digər Xəbərlər
05 Mart 2026 12:27
Dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb - RƏSMİ
05 Mart 2026 12:26
Bu müəllimlərin imtahanı iki mərhələdən ibarət olacaq?
04 Mart 2026 17:50
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib
04 Mart 2026 12:52
Azərbaycan dili imtahanının nəticələri elan olundu
04 Mart 2026 10:23
Buraxılış imtahanlarında 58 mindən çox şagird iştirak edəcək
04 Mart 2026 10:06
Nazirdən direktorlara tövsiyə: tədrisin keyfiyyətini...
02 Mart 2026 16:19
Naxçıvanda 7 məktəbin direktor vəzifəsi boşdur
02 Mart 2026 10:03


Bakı -°C

