Qərbin senatorları erməni lobbisini "çökdürür": indi də Belçika
Erməni lobbisi dünyanın diqqətini Qarabağa yönəltmək və bir dəstək görmək ümidi ilə Avropada sülhə zərbə vuracaq bir çox işlər görür.
Adalet.az xəbər verir ki, aprelin 2-də Belçika Federal Parlamentində Xarici Əlaqələr Komitəsinin təşəbbüsü ilə Qarabağla bağlı “Cənubi Qafqazda sülhün bərqərar olunmasının zəruriliyi haqqında” qətnamə layihəsi ilə bağlı dinləmələr keçirilib.
Sessiyaya komitə sədri , eyni zamanda federal deputat Els Van Huf rəhbərlik edib. Bu barədə Ermənistanın Belçikadakı səfirliyi məlumat yayıb.
Komitə sədrinin dəvəti ilə səfir Tiqran Balayan sessiyada Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması səylərinə dair məruzə ilə çıxış edib.
Deputatların suallarını cavablandıran səfir Balayan Ermənistan-Avropa İttifaqı tərəfdaşlığını, “Sülhün kəsişməsi” layihəsini və Ermənistan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində aparılan işləri hərtərəfli təqdim edib.
Qeyd edək ki, erməni lobbisinin "gərgin çalışmasının", daha dəqiq, pul kisəsinin ağzını açaraq tamahkarları ətrafına alaraq Azərbaycana hücum etməsi ilk iş deyil. Qətnamə layihəsi aylar öncə federal deputatlar Els Van Huf və Mişel de Maeqd tərəfindən təklif edilib. Els Van Huf Azərbaycanla bağlı ağlına gələn qərəzli fikirləri Ermənistan mətbuatına bildirib. O deyib ki, guya Azərbaycanın Ermənistana qarşı təcavüzü davam edir və Belçika eləcə də Avropa Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmətlə yanaşması və davamlı sülhün bərqərar olması istiqamətində səmimi şəkildə çalışması üçün Azərbaycana təzyiq göstərməlidir.
Üstəlik, erməni lobbisinin yemlədiyi bu deputat daha da irəli gedərək deyib ki, əgər Azərbaycan beynəlxalq hüququ pozmaqda davam edərsə, Avropa səviyyəsində məhdudiyyətlər tətbiq edilməli və Aİ-nin Azərbaycanla münasibətlərinə yenidən baxılmalıdır.
Dinləmələrin yekun nəticəsi bir neçə günə açıqlanacağını yazan erməni mediası unudur ki, hələ 2020-ci il dekabrın 2-də Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağla bağlı qətnamə layihəsi müzakirə olunmuş və sənəd layihəsi bir sıra düzəlişlərlə sözügedən komitədə qəbul edilməklə Plenara tövsiyyə olunmuşdu.
Əsas məqsədləri Belçika parlamentində “artsaxın tanınması” olan, lakin bu ideyanın reallaşdırılmasına nail ola bilməyən ermənilərin Fransa modelini təkrarlamaq niyyətləri puça çıxdı. Almaniya, Lüksemburq və Belçikadan sonra qondarma rejimin tanınma məsələsində Fransa, faktiki olaraq, Avropada təklənmiş duruma düşdü.
Bir sözlə, Belçika parlamenti "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir" dedi və məsələni bağladı. İndi federal deputatlar Els Van Huf və Mişel de Maeqd hücum cəhdi pul qazanmaq həvəsindən başqa bir şey deyil.
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Yanvar 2026 23:01
Azərbaycanın “yaşıl enerji” yolunda mühüm addımı
10 Yanvar 2026 16:48
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
10 Yanvar 2026 13:07
Azərbaycan regional təmiz enerji qovşağına çevrilir
10 Yanvar 2026 09:57
Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi
09 Yanvar 2026 16:16
Prezidentdən Anar İsgəndərovla bağlı SƏRƏNCAM
09 Yanvar 2026 11:47
“İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var...”
09 Yanvar 2026 08:31
İranda rejim çökərsə, nə baş verəcək? - Politoloqun şərhi
08 Yanvar 2026 14:03


Bakı -°C


