Qeyri-sabit hava ilə bağlı - NÖVBƏTİ XƏBƏRDARLIQ
Aprelin 15-dən 16-na keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlıqda qeyd edilib.
Bildirilib ki, şimşək çaxacağı ehtimalı var. Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək. Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.
Aprelin 17-si səhər yağıntılar kəsiləcək.
Digər Xəbərlər
07 Noyabr 2025 10:44
Bakıda binanın qarajında maşın yandı - 2 nəfər tüstüdən zəhərləndi
06 Noyabr 2025 09:42
"Mərasim olsaydı, etiraf edərdik" - Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı
06 Noyabr 2025 09:21
Yer kürəsində maqnit qasırğası başlayıb
05 Noyabr 2025 18:12


Bakı -°C

