Hidayət məğlub oldu - YENİLƏNİB
Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Adalet.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Esposito ilə qarşılaşıb.
H.Heydərov rəqibinə cərimə xalları hesabına məğlub olaraq mundialla vidalaşıb.
***
12:42
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Adalet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda finlandiyalı Valtteri Olini məğlub edib.
O, 1/8 finalda italiyalı Covanni Espozito ilə qarşılaşacaq.
***
11:03
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.
Adalet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən H.Heydərov növbəti mərhələyə vəsiqə qazanıb. Olimpiya çempionu 1/16 finalda finlandiyalı Valtteri Olinlə görüşəcək.
Bu gün Xədicə Qədəşova (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.
Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Digər Xəbərlər
06 Noyabr 2026 09:24
"Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
05 Noyabr 2026 23:54
“Ronaldodan millidə qalmasını xahiş etdim” - Jezuş
05 Noyabr 2026 21:04
Ronaldo üçün vida mərasimi keçiriləcək
05 Noyabr 2026 12:24
26 yaşlı futbolçu qəfil öldü
05 Noyabr 2026 10:48
Konfrans Liqası: “Trabzonspor” Almaniya klubu ilə üz-üzə
05 Noyabr 2026 01:56
"Sabah" "Vikinq" səfərində məğlub oldu
04 Noyabr 2026 18:04
"Hazır və formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm" - "Sabah"ın baş məşqçisi
04 Noyabr 2026 09:10


Bakı -°C

