adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2026 13:26
82
HADİSƏ
A- A+

Qida borusunda yemək qalan qadın öldü

Bakının Ələt qəsəbəsində 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb.

Adalet.az xəbər verir ki, hadisə aprelin 4-ü saat 20 radələrində baş verib.

Belə ki, Ələt qəsəbə sakini 1962-ci il təvəllüdlü Aygün Lətif qızı Abbasovanın yaşadığı evdə qida borusunda yemək qalıb. Nəticədə o, həyatını itirib.

Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.