adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
27 Mart 2024 17:02
1861
ELM VƏ TƏHSİL

Qiymətləndirmədə müəllim, valideyn və direktor üçbucağı

Məktəblərdə qiymətləndirmə necə baş verir?

Bu sualı kimə versən, qayıdıb deyər ki, müəllim uşağı sual-cavab edir, dərsi soruşur, ona uyğun da qiymət yazır.

Bəli, bu normalda belə olmalıdır.

Amma normalda.

Biz yazılan qanunlardan çox yazılmayan qanunlarla yaşayan xalqıq axı. Bizdə hər şey alayı cür olmalıdır.

Məktəblərimizdə qiymətləndirmə prosesində müəllim və şagird yox, müəllim, valideyn və direktor iştirak edir.

Bəli!

Müəllim şagirdə qiyməti yazmamışdan öncə düşünür – bu Əhməddir. Bunun valideyni şüvəndir. Buna dərsini bilmədiyinə görə 2 yazsam, gələcək məktəbə, hay-küy qoparacaq. Bu da Gülnardır, anası kolleqamdır, işyoldaşımdır, buna da 3 yazsam, anası ilə üz-göz olacam. Deyəcək ki, mənim qızıma niyə 3 yazırsan?! Bir yandan da direktor var. Direktor tapşırıb ki, yuxarılara hesabat verirəm, məktəbin nəticələri çox aşağıdır. Çalışın orta, yüksək qiymətlər yazın. Bu biri yandan da deməzlər ki, filan müəllimin sinfində bir nəfər də olsun əla qiymət alan yoxdur?!

Müəllim yüz ölçüb bir biçəndən sonra qiyməti yazır jurnala.

Vəssalam.

Bizim cəmiyyətdə istənilən sahədə vəziyyət belədir. Hara tərpənirsən səhv, hara tərpənirsən günahdır.

Ramiz Rövşən demiş:

Hamı günahkardır dünyada amma

Dünyada heç kəsin günahı yoxdur. 

 

Eminquey