adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Aprel 2024 15:12
373
GÜNDƏM

Qocanın qəliz israrı: Bu gün  yenidən “soyqırım” dedi

ABŞ Prezidenti Co Bayden 24 aprel 1915-ci il erməni hadisələri ilə bağlı çıxışında bu il də “soyqırım” ifadəsini işlədib.

Ronald Reyqandan (1981) sonra “erməni soyqırımı” ifadəsini işlədən ikinci ABŞ prezidenti olan Bayden Floridadakı çıxışında dünyada növbəti dəfə  qisasçılıq toxumunun cücərməsinə -artmasına yardımçı olub:
“Bu gün biz erməni soyqırımı zamanı itirilmiş insanların xatirəsini yad etmək və heç vaxt unutmayacağımıza dair vədimizi bir daha təsdiqləyirik.

Qəddarlıq kampaniyası 1915-ci il aprelin 24-də Osmanlı hakimiyyət orqanlarının Konstantinopolda erməni ziyalılarını və icma liderlərini həbs etməsi ilə başladı. Sonrakı günlər, aylar və illərdə bir milyon yarım erməni öz yurd-yuvasından didərgin salındı, qırğına məruz qaldı və ya ölüm yürüşlərinə aparıldı, ailələri birdəfəlik parçaladı, nəsilləri birdəfəlik parçaladı.

Bu faciəyə yas tutaraq, biz də erməni xalqının kədəri üzərində düşünürük. Bəşəriyyət tarixinin ən qaranlıq səhifələrindən birinə dözdükdən sonra sağ qalanlar dünyamız üçün daha yaxşı gələcək qurmağa başladılar. Cəsarət və fədakarlıqla həyatlarını yenidən qurdular. Onlar öz mədəniyyətlərini qoruyub saxladılar. Onlar bütün dünyada, o cümlədən bizim millətlərin quruluşunu gücləndirdilər. Və 109 il əvvəl bu gündə başlayan kütləvi vəhşiliklərin bir daha təkrarlanmamasını təmin etmək üçün hekayələrini danışdılar.

Bu bizim təntənəli andımız olaraq qalır. Bu gün və hər gün ABŞ insan hüquqlarını qorumağa və dözümsüzlüyə qarşı durmağa davam edəcək. Biz nifrət və terrora ümid və şəfa ilə cavab verməyə davam edəcəyik. Biz hər kəsin ləyaqət, təhlükəsizlik və hörmət içində yaşaya biləcəyi gələcək axtaranların yanında olmağa davam edəcəyik”.

Qeyd edək ki, Türkiyə prezidenti Recep Tayyip Ərdoğan bir neçə il əvvəl "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnaməni "tanımadığını" bildirib:"ABŞ ictimaiyətində ölkəmizə qarşı olan vəziyyətdən istifadə edilərək [qətnamə-red.] keçirildi. Fürsətçilik edildi. Bütün dünyaya səslənirəm, bu atılan addımın heç bir qiyməti yoxdur, bunu tanımırıq. Özləri çalıb, özləri oynayırlar".

 Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.

 Əntiqə Rəşid