Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib.
Adalet.az xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digər tibb müəssisəsində, 12-si isə Taunla Mübarizə İnstitutunda saxlanılır. Daha səkkiz nəfər isə hələ xəstəxanaya yerləşdirilməyib.
Təmasda olan şəxslərin bəzilərində müəyyən simptomlar müşahidə edilib. Bununla belə, onların xəstəxanaya yerləşdirilməsinin profilaktik məqsəd daşıdığı və hazırda yoluxma ilə bağlı hər hansı nəticənin olmadığı bildirilib.
Bundan əlavə, müşahidə altına alınan şəxslərlə təmasda olmuş insanların da xəstəxanaya yerləşdirilməsi planlaşdırılır.
Bir gün əvvəl İrkutsk vilayətinin Şelexov rayon xəstəxanasında ağciyər taunu şübhəsi olan qadın vəfat edib. Həkimlər ölümündən sonra xəstəliyin törədicisinin olub-olmadığını müəyyənləşdirmək üçün analiz nümunələri götürüblər. Nəticələr hələ açıqlanmayıb.
Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko İrkutsk vilayətində aşkarlanan xəstəliyin taun olma ehtimalının yüksək olmadığını bildirib. Onun sözlərinə görə, diaqnoz təsdiqlənsə belə, infeksiyanın Rusiyada geniş yayılması gözlənilmir.
Alim əlavə edib ki, rusiyalı mütəxəssislər taunun profilaktikası və müalicəsi üsullarına yaxşı bələddirlər./oxu.az
Digər Xəbərlər
03 Oktyabr 2026 10:23
Gündə 10 min addım qaydası süqut etdi
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43
Tükənmişlik sindromu yaşayanlar oxusun
30 Sentyabr 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
30 Sentyabr 2026 10:44
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır - VİDEO
29 Sentyabr 2026 13:08


Bakı -°C

