31 May 2023 15:14
651
ŞOU-BİZNES

QONŞULAR QOYUR Kİ, UŞAQLAR BİR-BİRİNƏ OXŞAYA?

Bir zarafatcıl dostum vardı. Danışırdı ki, bir gün əmimgildəyəm, evdə beş uşaq var, heç biri də bir-birinə oxşamır. Dedim ki, əmi, bu uşaqlar niyə bir-birinə oxşamır?

Əmisi də özündən zarafatcılıymış, qayıdıb deyir:

- Qardaş oğlu, qonşular qoyur ki, uşaqlar bir-birinə oxşaya?

İndi məşhur kinoaktyor Al Paçinonun 83 yaşında övladı olub.