adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Fevral 2024 12:31
4815
MÜSAHİBƏ

"Qorbaçovun sifarişi, Bağırovun əmri ilə katib seçilən Poqosyan  terrora başladı"- MÜSAHİBƏ

“"Ermənilər meydanda əvvəl "Qarabağ" yox, başqa tələb səsləndirdilər, çünki..." – MÜSAHİBƏ”nin davamı


36 il əvvəl taleyimizi, həyatımızı kökündən dəyişən , xalqımıza dağ üstən, dağ vuran, dərd gətirən, övladlarını məhv edən, evlərini-yurdlarını işğal edən, talayan, qız-gəlininə qarşı ən rəzil hərəkətlər edən, qocaları, uşaqları, xəstələri diri-diri yandıran, doğrayıb itlərə atan, dərisini üzən , bir sözlə, insanlığa yad işgəncələr verən ermənilərin o tarixi bəyanatı – DQMV Ermənistana birləşdirilməsi qərarını baş verdiyi günlərdəyik...
Xatırladaq ki, müsaibimiz tanınmış publisist-yazar İlham Cəmiloğludur.


-İlham müəllim, ermənilərin Azərbaycan Respublikasından böyük bir ərazini tələb etməsi, üstəlik bu ərazinin də Ermənistana birləşdirilməsi ilə bağlı ultimatumunu cəsarətləndirən yalnız erməni lobbisi, ermənilərin arasında uzun illərdi aparılan təbliğat da deyildi.Sizcə, burda daha nələr vardı?


- Əslində ən böyük səbəb başqaydı. Azərbaycan rəhbərliyinin səriştəsizliyi, qorxaqlığı, siyasi iradə nümayiş etdirməməsi, problemə qarşı adekvat tədbirlər görməməsi və bütün hallarda Moskvadan buyruq gözləməsi idi. Azərbaycan bir sovet respublikası olaraq öz mövqeyini nə Xankəndində, nə də Moskvada, Kremldə sərgiləyə bilmədi. Bəlkə də buna çəhd olundu, amma göründüyü kimi nəticə olmadı.


- Cəhd olunduğunu nədən bilirsiniz?


-Bir faktı qeyd edim ki, əslində mitinqə başlamamışdan çox əvvəl Krunk təşkilatının DQMV-də ermənilərin sıx yaşadığı yaşayış məntəqələrində separatçı, qızışdırıcı yığıncaq və iclasları keçirilirdi.Ermənilər etiraza, mitinqə hazırlanırdı. 1987-ci ilin sonlarında Xankəndidə fəaliyyət göstərən müəssisələrin direktorlar şurası (gizli yaradılıbmış) tərəfindən idarə olunub. Bu şuraya Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov, aqrar-sənaye kombinatının direktoru Henrix Poqosyan, Xankəndi ipək kombinatının partiya təşkilatının sədri Robert Koçaryan, “avtokolon” müəssisəsinin rəisi Maksim Mirzoyan və s. daxil olublar.

Həmin yığıncaqlardan birində (11 fevral) Azərbaycan KP MK-nın ikinci katibi Vasili Konovalov və Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri Məhəmməd Əsədov da iştirak edib. Məcrasından çıxan yığıncağı Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Boris Gevorkov da sakitləşdirə bilməyib.

Erməni fəalların çıxışlarına isə Xankəndi şəhər partiya komitəsinin birinci katibi Zaven Movsesyan lazımi şərait yaradıb. İclasda Məhəmməd Əsədovun erməni millətçilərinə sərt təpkisi yığıncaq iştirakçılarını daha da qıcıqlandırıb. İclasın gedişi zamanı Zaven Movsesyan akt zalını tərk edərək kabinetindən Kremllə əlaqə saxlayıb.

O, Mixail Qorbaçovun köməkçisi ilə danışaraq bildirib ki, Xankəndi şəhərinə ezam olunan Azərbaycanın rəhbər işçiləri, Konovalov və Əsədov vilayətdə milli münaqişələri daha da qızışdırırlar. Movsesyanın Kremllə telefon danışığından 20-30 dəqiqə sonra Vasili Konovalov şəhərin birinci katibinin kabinetində telefona çağırılıb. Ona Məhəmməd Əsədovla birlikdə şəhəri tərk etmək barədə göstəriş veriblər.

Zəng Bakıdan, Mərkəzi Komitədən gəlib. Vasili Konovalov öz xatirələrində bu haqda yazıdı ki,biz fevralın 11-də Xankəndi şəhərinə ezam olunmuşduq və mən həmin iclasda bildim ki, bu münaqişə dərin köklərə gedəcək:” Təsəvvür edin ki, İrəvandan heç bir səlahiyyətə malik olmayan bir şəxs Azərbaycan KP MK-nın ikinci katibinə zəng vurur və ona göstəriş verir...”

 

- O vaxt Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov idi. Yəqin o da Konovalov kimi anladı ki,münaqişənin kökləri elə dərindədir ki, onu tapmaq mümkün deyil, və bu hadisələrdə 4 ay sonra istefa etdi. Daha doğrusu onu vəzifəsində götürüb yerinə Əbdürrəhman Vəzirovu gətirdilər.

- Kimin gətirilməsindən asılı olmayaraq, vəziyyət dəyişməyəcəkdi.Çünki, rəhbərlik Kremlin tapşırıq verirdi Azərbaycan bunu yerinə yetirirdi, bu tapşırıqdan çıxmaq isə fəlakət hesab olunurdu. Bir nüansı xatırladım: Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin məlumatına əsasən nümayişin əsas təşkilatçıları, insanları milli münaqişəyə cəlb edənləri, başda Poqosyan olmaqla 11 nəfərin həbs olunması qərara alınır. Bu haqda Qorbaçova məlumat verilir. Qorbaçov qəti etiraz edir və həbsin qarşısı da bununla alınır. Məsələnin bu cür ermənilərin xeyrinə həll olunmasında Georgi Şahnazarovun böyük rolu olur.


-Oxucularıma bildirim ki, Şahnazarov ifrat ermənipərəst mövqeli Mixail Qorbaçovun köməkçisi işləyib. Maraqlıdır ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına skeptik (hər şeydən şübhələnən adam, hər şeyə şübhə ilə baxan adam;) yanaşan G.Şahnazarovla müqayisədə M.Qorbaçov ən qəddar erməni daşnaklarından daha çox erməni olduğunu sübut etməyə çalışırdı.


- Ötən günkü müsahibədə boş yerə demədim ki, Xankəndi ilan yuvasına, daşnak məkanına çevrilmişdi. Buna etiraz edən azərbaycanlıların Ağdamda 1988-ci ilin 22fevralında baş tutan mitinqi ilə cavab verdilər. Amma təəssüf ki, həmin gün də xalqımız tək idi, nə dövləti, nə də mərkəzi komitənin umrunda idilər. Əsgəranda ermənilərin 2 azərbaycanlını qətlə yetirməsi də ermənilərin ən güclü dairələrdə dəstəklənməsini göstərirdi.


Deməli, 1988–ci il fevralın 23–də Q.Razumovski başda olmaqla Moskvadan gələn nümayəndə heyəti K.Bağırov və Azərbaycan KP MK–nın bir neçə büro üzvünün iştirakı ilə DQMV Partiya Komitəsinin büro və plenum iclaslarını keçirirlər. Gevorkov birinci katib vəzifəsindən azad edilir, guya bu da cəza olur. Onun yerinə Dağlıq Qarabağda baş verən bütün hadisələrin əsas təşkilatçısı, ən qatı cinayətkar Henrix Poqosyan seçilir. Beləliklə həbsə alınmalı bir şəxs DQMV-nin baş kürsüsünə sahib olur. Və elə fevralın 25-də partiya komitəsinin fəalları ilə keçirdiyi ilk içlasda vilayətin erməni sakinlərinin kütləvi şəkildə ayağa qalxmasını təmin etməyi tələb edir.Bununla da həm Xankəndi şəhərində, həm də vilayətin digər yaşayış mətəqələrində nümayişlərin, mitinqlərin, tətillərin yeni dalğası başlanır.


-Belə düşünmək olar ki, hətta Azərbaycan dövləti öz ərazisində bir rayona basic qoymaq hüququna da malik olmayıb. Olsaydı, cinayətkar Poqosyan DQMVbaşçı seçilməzdi.


- Sovet dövründə vilayət və diyar partiya komitələrinə birinci katib təyin ediləndə, (plenumda seçiləndə) təyinatın əvvəlcədən Mərkəzi Komitə ilə razılaşdırılması mütləq şərt sayılıb. Namizədlər Kremldə ciddi araşdırılıb. Amma nədənsə Henrix Poqosyanla bağlı heç bir araşdırma aparılmayıb, hətta onun “qaranlıq keçmişi”nə Kreml məmurları, şəxsən Mixail Qorbaçov göz yumub.Poqosyan katib seçiləndən sonra onun hədəfi DQMV-nin , xüsusəndə, Xankəndinin azərbaycanlı əhalisi olub.

- Nə deyib incidirdi azərbaycanlıları?



-Poqosyan azərbaycanlıları şəhərdən səssiz- küysüz çıxartmaq üçün Ermənistandan “saqqallılar” deyilən terrorçuları gətirtdi. DQMV-in vəzifəli azərbaycanlılarını müxtəlif bəhanələrlə işindən kənarlaşdırdı. Bundan sonra rahatlıqla onların şəhərin mağazalarından və nəqliyyatından istifadənin qarşısını aldı. Dirəniş göstərən, haqqını tələb edənləri müxtəlif bəhanələrlə və saxta tələblərlə həbsə atdırdı.Poqosyanın qarşısını alacaq qüvvə isə yox idi. Fevraldan sonra isə sadə, adi işlərdə işləyən azərbaycanlıları da hədələyir, onların Qarabağdan getməsini tələb edirdilər. Əks halda öldürləcəklərini deyirdilər.


- Bir dəfə Xankəndi mərkəzi xəstəxanasının tibb bacısı Tubu Həsənova ilə müsahibəm vardı, o qeyd elədi ki, işlədiyim xəstəxananın ginekologiya şöbəsinin baş həkimi, Zori Balayanın qaynanası mənim işdən çıxmasam başıma oyun açacağı ilə hədələdi və mən uşaqlarıma bir şey olacağından qorxub Xocalıya köçdüm.


-Bəli, 1988-ci ilin fevral ayında DQMV-də daha dəqiq Xankəndidə baş verən hadisələrin qarşısı alınmadığı üçün silahlı ermənilərlə bağlı tədbir görülmədiyi üçün əhali artıq ilin sonunda dirəniş göstərməkdən yoruldu. Beləki, məsələn sentyabrın 18-dən 21-ə qədər Xankəndi şəhərində 63 azərbaycanlı evi yandırılıb, 270-dən artıq ev qarət olunub, yüzlərlə azərbaycanlı fiziki təzyiqə məruz qalıb, minlərlə azərbaycanlı öz doğma yurdunu tərk etmək məcburiyyəti ilə üzləşib.


- Hörmətli İlham müəllim, geniş və ətraflı məlumatlara görə sizə dərin təşəkkürümü bildirirəm, çox sağ olun.Və xalqımıza 36 ildir çəkilən bu dağların, əzabların altında üzülsəmdə, sevinmək haqqımızın da olduğunu düşünürəm!

Qüdrətli Azərbaycan Ordusugücü və müzəffər Ali Baş Komandanın siyasi iradəsi bu gün qan qoxuyan o torpaqlara bayrağımızı sancıb, orada nə qədər cəllad, qatil, separatçı, terrorçu var onları oradan təmizləyib! Buna görə həm birlik olaraq, düşmənə sinə gərən xalqımıza, ordumuza və prezidentimizə təşəkkür edirik!


Əntiqə Rəşid