Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı
Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb.
Adalet.az xəbər verir ki, bu barədə partiyanın sədri - Qubad İbadoğlunun qardaşı Qalib Toğrul feysbukda paylaşım edib.
"Dünən (14 may 2024-cü il) ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilmişdir.
Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Xatırladaq ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı.
Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar vermiş, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə vermişdir", - paylaşımda deyilir.
Digər Xəbərlər
30 Oktyabr 2026 12:10
Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib
30 Oktyabr 2026 11:20
Kobaxidze: Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini alqışlayır
30 Oktyabr 2026 11:19
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
30 Oktyabr 2026 11:00
Milli Məclisin iclası başladı
30 Oktyabr 2026 10:48
"Nazirin yanına gedəsən, oradan əliboş qayıdasan, bu, biabırçılıqdır" - Deputat
30 Oktyabr 2026 10:27
Əli Əsədov gürcüstanlı həmkarı ilə görüşdü
30 Oktyabr 2026 10:18
“Milli maraqlara əsaslanan siyasət ən mürəkkəb vəzifələrin həllini mümkün edir”
30 Oktyabr 2026 09:48


Bakı -°C

