"Ümid edirəm ki, biz bir neçə addım irəli gedəcəyik" - Putin
“Bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə də görüşünüz planlaşdırılıb. Biz bunu da alqışlayırıq. Nə qədər çox birbaşa təmaslar üçün imkanlar olsa, bir o qədər yaxşıdır”.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.
“Mən Avropa İttifaqı Şurasının sədri cənab Mişellə danışmışam. O, sizi gözləyir. Lakin ümid edirəm ki, biz bir neçə addım irəli gedəcəyik. Bundan sonra isə başqa meydanlarda digər addımları atmaq olar. Bir daha təkrar edirəm ki, biz bu dialoqda tərəfdaşların artmasını alqışlayırıq. Başlıcası odur ki, bu işin xeyrinə olsun”, - V. Putin vurğulayıb.
Regionda dinc həyatın qurulması çərçivəsində üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrup yaradıldığını xatırladan V.Putin bildirib ki, yaxın vaxtlarda nəqliyyat yollarının açılması ilə bağlı həmin qrupun səlahiyyətləri təsdiqlənməlidir. Rusiya Prezidenti həmçinin qeyd edib ki, həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri xüsusi xarakter daşıdığı üçün regiondakı vəziyyətin yoluna qoyulması da onlar üçün xüsusi əhəmiyyət kəsb edir.
Digər Xəbərlər
07 Aprel 2026 17:25
Baş nazir məmurları topladı - İclas keçirdi - FOTOLAR
07 Aprel 2026 16:43
Azərbaycanda bu qanun dəyişdi
07 Aprel 2026 16:41
İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı
07 Aprel 2026 16:38
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
07 Aprel 2026 14:43
Prezident Türkiyənin Baş prokurorunu qəbul etdi - FOTOLAR
07 Aprel 2026 12:23
“Münasibətləri möhkəmləndirmək üçün başlıca amil maddi təməllərdir”
07 Aprel 2026 11:37
Deputatlar bu məsələləri müzakirə edəcəklər
07 Aprel 2026 11:32


Bakı -°C

